Tramp ABŞ-da aralıq seçkiləri öncəsi Respublikaçıların kampaniyasını şəxsən idarə edəcəkbackend

Tramp ABŞ-da aralıq seçkiləri öncəsi Respublikaçıların kampaniyasını şəxsən idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Dallasda keçirilən aralıq seçki qurultayında çıxış edərək noyabr seçkilərində partiyanın kampaniyasının əsas simasına çevriləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, “Al Jazeera”nın məlumatına görə, Tramp Konqresin hər iki palatasında Respublikaçıların mövqelərini qorumaq üçün ölkə üzrə çoxsaylı seçki mitinqlərində iştirak etməyi planlaşdırır.

Tramp həmçinin Respublikaçılar Senat və Nümayəndələr Palatasında nəzarəti saxlayacağı təqdirdə hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar “dividend” ödənilməsi vədini səsləndirib. Lakin bu vədin hüquqi və maliyyə baxımından necə həyata keçiriləcəyi hələ aydın deyil.

İran müharibəsi isə Tramp üçün seçki baxımından əsas problemlərdən birinə çevrilib. Neft qiymətlərinin artması və yaşayış xərclərinin yüksəlməsi seçicilərin narazılığını artırır.

//Samir Qurbanov, Editor.az