Hindistan sentyabrın 12–13-də Yeni Dehlidə BRICS liderlərinin sammitinə ev sahibliyi etməyə hazırlaşır. Lakin ABŞ və İsrailin İranla müharibəsi təşkilat daxilində ciddi diplomatik sınaq yaradıb.
Editor.az xəbər verir ki, Reuters-in yazdığına görə, İranın BRICS-ə üzv olması və eyni zamanda BƏƏ ilə münasibətlərinin kəskinləşməsi təşkilatın vahid mövqe formalaşdırmasını çətinləşdirir.
Sammitdə Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı gözlənilir. Hindistan rəhbərliyi isə həm Çin, həm də Rusiya ilə ikitərəfli görüşlər keçirməyə hazırlaşır.
Əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki müharibənin dünya iqtisadiyyatına təsiri olacaq. Hörmüz boğazında gərginliyin artması neft qiymətlərinin 100 dollardan yuxarı qalxmasına səbəb olub.
//Samir Qurbanov, Editor.az

