Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.
Editor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Kristine Qriqoryanın bu axşam Ermənistana geri dönəcəyi gözlənilir.
Qeyd edək ki, qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu başlayıb.

