Son müharibə dövründə müxtəlif qüvvələr İranı Azərbaycan və Türkiyə ilə qarşıdurmaya cəlb etməyə çalışsalar da, Tehran bunun qarşısını almağa nail olub.
Globalinfo.az xəbər verir ki, bunu İran Ali Hərbi Şurasının sədri Yahya Rahim Safavi bildirib.
O qeyd edib ki, rəsmi Tehran vəziyyətlə bağlı öz mövqeyini Azərbaycana izah edib və Bakı da bunu anlayışla qarşılayıb. Onun sözlərinə görə, Azərbaycanın İrana humanitar yardım göndərməsi və təxliyə məqsədilə humanitar dəhliz yaratması Tehran tərəfindən yüksək qiymətləndirilir.
Səfəvi vurğulayıb ki, bu addımlar İran üçün mühüm dəstək hesab olunur və iki ölkə arasında münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır.
O, həmçinin Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, Tehran İrəvanı dost ölkə hesab edir və Ermənistanın Avropa ilə əlaqələrini normal qarşılayır. Bununla yanaşı, iranlı rəsmiyə görə, Ermənistanın bölgəyə ABŞ hərbçilərini cəlb etmək niyyəti Tehranda müəyyən suallar yaradır.


