Ukraynadakı sülh prosesində “fasilə” yaranıb, lakin Rusiya onun bərpa olunacağını gözləyirik.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Moskva həmçinin Vaşinqtonun bu məsələ ilə bağlı vasitəçilik səylərini davam etdirəcəyini gözləyir. Kreml sözçüsü bildirib: “Amerikalı həmkarlarımızın bu məsələdə (Ukraynadakı münaqişənin həllində) sülhməramlı səylərini və vasitəçilik səylərini davam etdirəcəyini gözləyirik”.
Ötən həftə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kristofer Smit bildirib ki, Moskva, Vaşinqton və Kiyev Ukraynada sülhün “əsas elementlərinin” necə olmalı olduğunu anlamaqda irəliləyiş əldə ediblər. Amerikalı rəsmi hesab edir ki, ölkələr arasında danışıqlar “canlıdır”. Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın danışıqları davam etdirmək istəyini bildirmədiyini bildirib.
//Samir Qurbanov, Editor.az


