“Ebola” epidemiyası 91 nəfərin həyatına son qoyubbackend

“Ebola” epidemiyası 91 nəfərin həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola epidemiyası nəticəsində 91 nəfər həlak olub. Ölkənin səhiyyə naziri Samuel Rocer Kambanın sözlərinə görə, ümumilikdə təxminən 350 yoluxma halı aşkarlanıb.

Hazırda 59 nəfər “aktiv müalicə alır”. Nazir bildirib ki, “biz (xəstələrin müalicəsi üçün) potensialımızı genişləndirmək üçün üç yerdə müalicə mərkəzləri yaratmağa hazırlaşırıq”. Ebola epidemiyasının episentri KDR-in şərqində, Uqanda ilə həmsərhəd olan İturi əyalətindədir. Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti) Ebolanın Rusiyaya yayılması riskinin olmadığını təsdiqləyib. Agentlik epidemiya ilə mübarizə aparmaq üçün rusiyalı mütəxəssisləri Uqandaya göndərəcək.

//Samir Qurbanov, Editor.az