Prezident: “Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır”backend

Prezident: “Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə daha da təkmilləşdirilib.