Baytardan xəbərdarlıq: Pişiklərin radiator üzərində yatması sağlamlıq problemlərinə səbəb ola bilərbackend

Baytardan xəbərdarlıq: Pişiklərin radiator üzərində yatması sağlamlıq problemlərinə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi istilik sisteminin işə düşdüyü dövrdə pişiklərin radiatorların üzərində yatmaq vərdişi onların sağlamlığı üçün təhlükə yarada bilər.

Editor.az xəbər verir ki, bu barədə baytar həkim və heyvanların davranışı üzrə mütəxəssis Anjelina Sirotina  müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, pişiklərin isti radiatorlara üstünlük verməsi onların istiliyə olan tələbatı və özlərini daha təhlükəsiz hiss etdikləri hündür yerlərə meyli ilə bağlıdır. Lakin qızmış radiatorlar heyvanların pəncələrində və qarın nahiyəsində yanıq xəsarətlərinə səbəb ola bilər. Bu baxımdan tüksüz və qısa tüklü pişik cinsləri daha həssas hesab olunur.

Sirotina radiatorların işləməsinin pişiklərdə tük tökülməsini artırdığı barədə yayılmış fikrin də doğru olmadığını bildirib. Onun sözlərinə görə, istilik sisteminin işləməsi heyvanlarda intensiv tük tökülməsinə birbaşa səbəb olmur.

Baytar həkim pişiyi radiatorun üzərində yatmaqdan çəkindirmək üçün ona alternativ isti və rahat yer yaratmağı tövsiyə edir. Bunun üçün qızdırılan heyvan yataqlarından istifadə etmək mümkündür. Pişik radiatorun üzərinə çıxmaqda israr edərsə, cihazın üzərini qalın örtüklə örtməklə təhlükəsizlik tədbirləri görmək olar. Radiatora bərkidilən xüsusi heyvan hamakları da alternativ həll yolu hesab edilir.

İltihabi xəstəlikləri olan pişiklərə xüsusi diqqət yetirilməlidir. Mütəxəssis bildirib ki, mastit kimi iltihabi xəstəliklərdən və ya yenitörəmələrdən əziyyət çəkən heyvanların əlavə istiliyə məruz qalması qətiyyən tövsiyə edilmir. Belə hallarda isinmə xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Müalicə müddətində heyvanın istilik mənbələrinə çıxışını məhdudlaşdırmaq daha məqsədəuyğundur.

//Gülnarə Abasova, Editor.az