RF Dövlət Dumuası Vladimir Putinə istənilən ölkəyə hücum etmək icazəsi verən qanunu qəbul etdibackend

RF Dövlət Dumuası Vladimir Putinə istənilən ölkəyə hücum etmək icazəsi verən qanunu qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması, Rusiya Prezidenti Vladimir Putinə guya “Rusiya vətəndaşlarını qorumaq” məqsədilə xarici ölkələrə qoşun göndərilməsini əmr etməyə imkan verən qanun layihəsini qəbul edib.

Sənədə görə, Moskva Rusiya vətəndaşlarının xarici dövlətlər, beynəlxalq məhkəmələr və ya Rusiyanın üzv olmadığı təşkilatlar tərəfindən “saxlanıldığı, araşdırıldığı, mühakimə olunduğu və ya məhkəməyə verildiyi” hallarda rəsmi olaraq öz ordusunu xaricdə yerləşdirə biləcək. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, “Qərb ədaləti repressiv maşına çevrilib” və buna görə də Rusiyanın guya xaricdəki vətəndaşlarını qorumağa borcludur.

Qanun layihəsinin qəbulundan sonra Putinin onu imzalamaq üçün 14 günü var. Nəşr qeyd edir ki, qanun bu il Avropa kəşfiyyat orqanlarının Rusiyanı NATO və Avropa üçün birbaşa təhdid adlandırdığı açıqlamalar fonunda Qərbdə narahatlıq yaradıb. Avropa siyasətçiləri Kremlin qarşıdakı illərdən Alyansın kollektiv müdafiəyə hazırlığını sınamaq üçün istifadə edə biləcəyindən qorxurlar.

//Samir Qurbanov, Editor.az