Ronaldo evləndikdən sonra ilk qolunu vurdubackend

Ronaldo evləndikdən sonra ilk qolunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo evləndikdən sonra “Əl-Nəsr”in heyətində ilk qolunu vurub.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının II turunda “Əl-Riyad”la keçirilən qarşılaşmada 62-ci dəqiqədə meydana çıxıb. 83-cü dəqiqədə komandasının dördüncü qoluna imza atan portuqaliyalı hücumçu görüşün yekun hesabını müəyyənləşdirib – 4:0.

Bu qol Ronaldo üçün peşəkar karyerasında 977-ci, evləndikdən sonra isə ilk qol olub. 41 yaşlı futbolçu avqustun 11-də uzun müddətdir münasibətdə olduğu Corcina Rodrigeslə nikaha girib.

//Samir Qurbanov, Editor.az