Bakıda gecə saatlarında “BAHALI” QƏZA: 7 maşın toqquşdu – VİDEObackend

Bakıda gecə saatlarında “BAHALI” QƏZA: 7 maşın toqquşdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün saat 23:30-da Xətai rayonu, 3-cü Şərq küçəsi, Ağ Şəhər bulvarında qeydə alınıb.

Belə ki, “Mercedes-Benz”, BYD, BMW, “Audi”, “Hyundai”, “Range Rover” və “Porsche” markalı avtomobillər toqquşub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.