İran ABŞ-a dənizdə “tarixi dərs” verəcəyini açıqladıbackend

İran ABŞ-a dənizdə “tarixi dərs” verəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la qarşıdurma fonunda dənizdə rəqiblərinə “tarixi və unudulmaz dərs” verəcəyini açıqlayıb.

İran ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bildirib ki, ölkənin silahlı qüvvələri yaxın zamanda açıq dənizdə qarşı tərəfə gücünü nümayiş etdirəcək. Onun sözlərini Fars agentliyi yayıb.

İrani həmçinin bildirib ki, Hörmüz boğazının şərq hissəsi və Oman körfəzi İranın tam nəzarəti altındadır. Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri regiondan kənarda yerləşən qarşı tərəfin qüvvələrinin fəaliyyətini sutka boyu izləyir.
Açıqlama ABŞ və İran arasında gərginliyin yüksək olaraq qaldığı bir vaxtda səslənib.

//Samir Qurbanov, Editor.az