Hindistan qazı rekord qiymətə aldıbackend

Hindistan qazı rekord qiymətə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə davam edən müharibə qlobal enerji bazarında təchizat problemlərini dərinləşdirib.

Bu vəziyyət Hindistanı mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü daha yüksək qiymətlərlə həyata keçirməyə məcbur edib.

Editor.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, bölgədəki hərbi qarşıdurma və Hörmüz boğazında nəqliyyatın pozulması Asiya bazarında LNG qıtlığı yaradıb. Nəticədə spot bazarda qazın qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.
Enerji bazarındakı vəziyyət xüsusilə Cənubi Asiya ölkələri üçün ciddi problemlər yaradıb. Təchizatın azalması fonunda Hindistan və digər idxalçı ölkələr daha bahalı alternativ mənbələrə üz tutmağa məcbur qalırlar.

Ekspertlərin fikrincə, Yaxın Şərqdəki münaqişənin uzanması LNG qiymətlərinin daha da yüksəlməsi və enerji idxalından asılı ölkələrin maliyyə yükünün artması ilə nəticələnə bilər.

//Samir Qurbanov, Editor.az