BMT Təhlükəsizlik Şurası 24 avqust, bazar ertəsi günü Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
Bu barədə təşkilatın rəsmi iş qrafikində məlumat yer alıb.
İclas “Ukraynada sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində keçiriləcək. Görüşün Nyu-York vaxtı ilə saat 15:00-da, Bakı vaxtı ilə isə saat 23:00-da başlaması nəzərdə tutulur.
Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Avropanın BMT Təhlükəsizlik Şurasındakı üzvlərinin daxil olduğu E5 qrupu tərəfindən irəli sürülüb. Qrupa Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniya daxildir.
İclas zamanı Ukraynadakı təhlükəsizlik vəziyyətinin və münaqişə ilə bağlı son proseslərin müzakirə olunacağı gözlənilir.
//Samir Qurbanov, Editor.az

