Ukrayna Prezidenti Volodimir Zelenski Krivoy Roqda ticarət mərkəzinə endirilən Rusiya PUA zərbəsini sərt şəkildə pisləyib və hücuma cavab veriləcəyini bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri ticarət mərkəzinə iki dalğa ilə zərbə endirib. İlk hücumdan və yanğının başlamasından təxminən 30 dəqiqə sonra əraziyə, o cümlədən xilasedicilərə qarşı ikinci zərbə həyata keçirilib.
Editor.az xəbər verir ki, Ukrayna lideri hücumu “məqsədli və alçaq” adlandıraraq, baş verənləri “mütləq vəhşilik” kimi qiymətləndirib.
Son məlumatlara görə, hücum nəticəsində 14 nəfər ölüb, 121 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir. Xilasetmə və axtarış işləri davam edir.
Zelenski beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb və Kiyevin hücuma cavab verəcəyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

