Kuba liderindən ABŞ-a sərt ittiham: “Bu, soyqırım blokadasıdır”backend

Kuba liderindən ABŞ-a sərt ittiham: “Bu, soyqırım blokadasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyaları sərt şəkildə tənqid edib.

Dias-Kanel sosial şəbəkə X-də paylaşdığı açıqlamada Vaşinqtonun Kuba siyasətini “soyqırım blokadası” adlandırıb. O, ABŞ-ın sanksiyalarla bağlı qərarlarını pisləyərək, Havanın təzyiqlərə baxmayaraq müqavimət göstərəcəyini bildirib.

“Cəlladlar, görünür, hər cümə axşamı qara siyahılarını açıqlamağı seçiblər. Siyahıda Kubaya xidmət edən və soyqırım blokadasına müqavimət göstərən şəxslər və qurumlar yer alır”, – Kuba lideri yazıb.

ABŞ Maliyyə Nazirliyinin son qərarı çərçivəsində Kubanın Tikinti Nazirliyi, bir sıra dövlət müəssisələri və üç vəzifəli şəxs sanksiya siyahısına daxil edilib. Vaşinqton bu addımlarla Havana hökumətinə iqtisadi və siyasi təzyiqi artırmağa çalışır.
Dias-Kanel isə ABŞ-ın təzyiqlərinə baxmayaraq Kubanın “müqavimət göstərəcəyini və qalib gələcəyini” bəyan edib.

//Samir Qurbanov, Editor.az