Böyük Britaniyanın Plimut körfəzində yerləşən və 400 ildən artıq tarixə malik Drake adası satışa çıxarılıb.
Tarixi ada üçün ən azı 2 milyon funt sterlinq tələb olunur. Bu barədə The Independent məlumat yayıb.
Ada uzun illər ərzində Böyük Britaniyanın müdafiə sistemində mühüm rol oynayıb. Ərazidə müxtəlif dövrlərə aid hərbi istehkamlar və müdafiə qurğuları yerləşir.
Drake adası hazırda tarixi və turistik potensialı ilə diqqət çəkir. Məlumata görə, ərazinin gələcəkdə turizm məqsədilə inkişaf etdirilməsi üçün müxtəlif layihələr nəzərdən keçirilib.
Satışa çıxarılan ada həm tarixi əhəmiyyəti, həm də Plimut sahillərində yerləşməsi baxımından Böyük Britaniyada daşınmaz əmlak bazarının ən qeyri-adi obyektlərindən biri hesab olunur.
//Samir Qurbanov, Editor.az

