Vens: Tramp süni intellektlə hazırlanmış video ilə İrana mesaj göndəribbackend

Vens: Tramp süni intellektlə hazırlanmış video ilə İrana mesaj göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyası ilə hazırlanmış və İranın Xark adasının məhv edilməsini əks etdirən video vasitəsilə Tehrana mesaj göndərib.

Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlama verib.
Vensin sözlərinə görə, Trampın paylaşdığı video ABŞ-ın İrana qarşı mövqeyini nümayiş etdirmək məqsədi daşıyıb. Vitse-prezident bunun hərbi əməliyyatın rəsmi elan edilməsi anlamına gəlmədiyini bildirib.

Xark adası İran üçün strateji əhəmiyyət daşıyır. Adada ölkənin əsas neft ixrac terminallarından biri yerləşir.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqtonun son zərbələri zamanı Xark adasına hücum edilməyib.

//Samir Qurbanov, Editor.az