Türkiyə Qara dənizdən taxıl ixracının bərpası üçün yeni plan hazırlayıbbackend

Türkiyə Qara dənizdən taxıl ixracının bərpası üçün yeni plan hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsiz şəkildə bərpası ilə bağlı yeni plan hazırlayıb.

Ankara təşəbbüsün həyata keçirilməsi üçün həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Qara dənizdə təhlükəsiz taxıl daşımalarının bərpasına imkan verəcək mexanizm üzərində işləyir.
Fidan İstanbulda keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə planı artıq hazırlayıb və bu məsələ ilə bağlı həm Moskva, həm də Kiyevlə danışıqlar aparır. Onun sözlərinə görə, lazımi şərait yarandığı təqdirdə, 2022-ci ildə əldə olunmuş Qara dəniz taxıl sazişinə bənzər yeni razılaşmanın əldə olunması istiqamətində iş aparılır.

2022-ci ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən Qara dəniz Taxıl Təşəbbüsü Ukrayna limanlarından dünya bazarlarına təxminən 33 milyon ton taxılın təhlükəsiz şəkildə çıxarılmasına imkan vermişdi.

Lakin Rusiya 2023-cü ildə razılaşmadan çıxaraq öz ərzaq və gübrə ixracına ciddi maneələrin yaradıldığını bildirmişdi.
Hazırda Türkiyənin yeni təşəbbüsünün detalları açıqlanmayıb. Ankara isə tərəflər arasında razılaşmanın əldə olunması üçün diplomatik təmasları davam etdirir.

Qeyd olunur ki, Qara dənizdə təhlükəsiz taxıl dəhlizinin bərpası Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az