Rusiya iki yerlik Su-57D qırıcısının əsas təyinatını açıqlayıb. Dövlət korporasiyası **“Rostex”**in məlumatına görə, yeni modifikasiya çoxfunksiyalı döyüş kompleksi kimi istifadə olunacaq.
Bildirilib ki, Su-57D-nin əsas vəzifələrindən biri yerüstü simulyatorlarda tam şəkildə təkrarlana bilməyən xüsusi pilotaj rejimlərinin təlim məqsədilə sınaqdan keçirilməsidir.
Təyyarənin digər mühüm funksiyası isə pilotsuz uçuş aparatlarının havadan idarə edilməsi olacaq. Rusiya tərəfi Su-57D-nin “Oxotnik” kimi ağır pilotsuz aparatlarla, eləcə də pilotsuz sistemlərin qrup və sürü şəklində idarə olunmasında istifadə ediləcəyini bildirir.
“Rostex”in açıqlamasına əsasən, ikinci ekipaj üzvü pilotsuz sistemlərin idarə edilməsinə və qarışıq pilotlu-pilotsuz aviasiya qruplarının fəaliyyətinin koordinasiyasına cəlb oluna bilər. Bundan əlavə, Su-57D platformasında döyüş məqsədli süni intellekt texnologiyalarının sınaqdan keçirilməsi də planlaşdırılır.
Su-57D-nin prototipi ilk uçuşunu 19 may 2026-cı ildə həyata keçirib. Rusiya rəsmilərinin sözlərinə görə, iki yerlik versiya həm təlim, həm də döyüş idarəetməsi imkanlarını genişləndirir.
//Samir Qurbanov, Editor.az

