Azərbaycandda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Editor.az AZƏRTAC-a istinadla xəbər verir ki, Türkmənistan prezidenti ulu öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.



