Merin kanalında müəmmalı paylaşım: “Moskva yanacaq!” mesajı yayıldı – Fotobackend

Merin kanalında müəmmalı paylaşım: “Moskva yanacaq!” mesajı yayıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva meri Sergey Sobyaninin teleqram kanalında iyunun 21-i axşam saatlarında müəmmalı paylaşımlar edilib.

Publika.az “Mediazona”ya istinadən xəbər verir ki, “Sergey Sobyanin. Lichnıy bloq” adlı teleqram kanalında “Moskva yanacaq!” məzmunlu mesajlar, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün dron toplanmasına dair keçidlər yerləşdirilib.

Məlumata görə, sözügedən kanalın təxminən 40 min abunəçisi var. Qeyd olunur ki, Sobyaninin bundan əlavə daha geniş auditoriyaya malik başqa bir teleqram kanalı da fəaliyyət göstərir.

Paylaşımlar arasında Ukrayna hərbçiləri üçün dron toplanmasına yönəlmiş, “Spilnota Sternenka” fonduna aid keçidlər də olub.

Bir müddət sonra teleqram kanalı bağlanıb. Kanalın arxiv versiyasının “TgStat” xidmətində qaldığı bildirilir. Səhər saatlarında isə kanalda yenidən əvvəlki paylaşımlar bərpa olunub. Son görünən paylaşımın iyunun 17-nə aid olduğu qeyd edilir.

Hadisə ilə bağlı Moskva meriyası hələlik rəsmi açıqlama verməyib.