Tokioda ibtidai məktəbdə yanğın baş verib, 10 nəfər xəsarət alıbbackend

Tokioda ibtidai məktəbdə yanğın baş verib, 10 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın paytaxtı Tokionun Kita rayonunda yerləşən bələdiyyə ibtidai məktəblərindən birində yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər, o cümlədən 8 şagird və 2 müəllim xəsarət alıb.

Editor.az xəbər verir ki, bu barədə yerli polisə istinadən Kyodo agentliyi məlumat yayıb.  

Məlumata görə, yanğın yerli vaxtla saat 11:00 radələrində Takinogava-Daysan ibtidai məktəbində qeydə alınıb. Məktəbin rəsmi məlumatına əsasən, burada cari tədris ilində 337 şagird təhsil alır.  

Tokio Yanğınsöndürmə İdarəsinin ilkin araşdırmasına görə, alov məktəb binasının dördüncü mərtəbəsində yerləşən musiqi sinfində başlayıb. Yanğın zamanı xilasedicilər binadan dörd nəfəri təxliyə edib, digər şagird və əməkdaşlar isə vaxtında evakuasiya olunublar. Xəsarət alanların hamısının tüstüdən zəhərləndiyi bildirilsə də, onların həyatına təhlükə olmadığı qeyd edilir.  

Hadisənin qarşısının alınması üçün əraziyə 65-dən çox yanğınsöndürən avtomobil və xüsusi texnika cəlb olunub. Yanğının başvermə səbəbləri araşdırılır.  

Hadisə ilə bağlı istintaq davam edir.

//Gülnarə Abasova, Editor.az