Dünən “UFC Fight Night Baku” turnirində debüt edərək ABŞ təmsilçisi Erik Nolanı məğlub edən Fərman Həsənov tanınmış şəxsin oğludur.
Editor.az Manset.az-a istinadla bildirir ki, Fərman Həsənov Nizami Rayon DYP-nin sabiq rəisi, həmçinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin keçmiş rəisi tanınmış polis polkovniki Sabir Həsənovun oğludur.
Qeyd edək ki, Fərman Həsənov UFC-də çıxış edən tanınmış azərbaycanlı döyüşçülərdəndir. F.Həsənov yarışa hazırlıq proseslərinin bir hissəsini ABŞ-də keçirib.


