Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi – FOTObackend

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomatik fəaliyyətini yekunlaşdıran Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb.

Məlumata görə, dövlət başçısı Azərbaycan səfirinin səmərəli fəaliyyətini, eləcə də dövlətlərimiz arasındakı müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsindəki fərdi xidmətlərini xüsusi qeyd edib. Ən ali və digər səviyyələrdə mütəmadi dialoq təmin olunub. Ticarət və iqtisadiyyat sektorunda mühüm irəliləyişlər qeydə alınıb: son illər ərzində əmtəə dövriyyəsinin həcmi xeyli yüksəlib, Azərbaycan sərmayəli 280 şirkət fəaliyyətə başlayıb, eləcə də Birgə İnvestisiya Şirkəti yaradılıb. Görüşün sonunda Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsindəki xidmətləri nəzərə alınaraq, Özbəkistan Prezidenti tərəfindən Hüseyn Quliyevə “Mehnat şuxrati” ordeni təqdim edilib.

Öz növbəsində səfir, diplomatik missiyasına verilən yüksək dəyərə, o cümlədən Azərbaycan və Özbəkistanın hərtərəfli əməkdaşlığının genişlənməsinə göstərilən tam dəstəyə görə ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.