ABŞ Prezidenti Donald Tramp vəfat edən senator Lindsi Qremin boş qalan Senat mandatı üçün onun bacısı Darlin Qrem Nordoneni namizəd kimi irəli sürüb.
Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Darlin Qrem Nordonenin müvəqqəti senator təyin edilməsi mərhum Lindsi Qremin uzun illər ölkəyə göstərdiyi xidmətlərə layiqli ehtiram olardı.
ABŞ qanunvericiliyinə əsasən, Cənubi Karolina ştatını Senatda təmsil edən senatorun vəfatından sonra boşalan yerə müvəqqəti təyinat etmək səlahiyyəti ştatın qubernatoruna məxsusdur. Təyin olunacaq şəxs növbədənkənar seçkilər keçirilənədək senator vəzifəsini icra edəcək.
//Samir Qurbanov, Editor.az

