ABŞ-ın paytaxtı Vaşinqtonda Konqres binası yaxınlığında silahlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, ABŞ Konqres Polisi şübhəli şəxsi Konqres kompleksinin şimal girişində yoxlama zamanı saxlayıb.
Onun üzərində odlu silah aşkar edilib. Hadisə zamanı ərazi müvəqqəti olaraq bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
İlkin məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb. Saxlanılan şəxsin kimliyi və hadisənin motivi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
//Samir Qurbanov, Editor.az

