Makron: Fransa Ukraynaya “Rafale” qırıcıları və raket istehsalı üçün lisenziya verəcəkbackend

Makron: Fransa Ukraynaya “Rafale” qırıcıları və raket istehsalı üçün lisenziya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə mühüm qərarlar qəbul edildiyini açıqlayıb.

Makron bildirib ki, Fransa Ukraynaya “Rafale” çoxməqsədli qırıcı təyyarələri təqdim etməyi, həmçinin Fransa istehsalı olan raketlərin Ukraynada lisenziya əsasında istehsalı üçün texnologiya və hüquqların verilməsini planlaşdırır.
Bu açıqlama Parisdə keçirilən “Könüllülər Koalisiyası”nın iclasından sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında səsləndirilib.

Makron qeyd edib ki, bu addımlar Ukraynanın uzunmüddətli müdafiə qabiliyyətinin gücləndirilməsinə və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

//Samir Qurbanov, Editor.az