ABŞ kəşfiyyatı hesab edir ki, Çin və Rusiya yaxın doqquz il ərzində hipersəs raketlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq.
Bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatına istinadən Interesting Engineering nəşri məlumat yayıb.
Hesabata əsasən, 2035-ci ilə qədər Çinin arsenalında təxminən 4 min, Rusiyanın isə 1 minə yaxın hipersəs raketi ola bilər.
Sənəddə qeyd olunur ki, bu silahların sayının artması ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik çağırışları yarada bilər. ABŞ kəşfiyyatı hipersəs silahlarının sürəti və mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq imkanına görə xüsusi təhlükə yaratdığını vurğulayır.
Qeyd edək ki, hesabatda yer alan proqnozlar kəşfiyyat qiymətləndirmələrinə əsaslanır və gələcək inkişaf ssenarilərini əks etdirir.
//Samir Qurbanov, Editor.az

