Rusiya ordusu müvəqqəti işğal altında olan Krımda müdafiə istehkamlarını mülki infrastrukturun, o cümlədən məktəb və uşaq bağçalarının yaxınlığında yerləşdirib.
Bu barədə “Sxemı” araşdırma layihəsi peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, jurnalistlərin əldə etdiyi Planet Labs peyk şəkillərində Rusiya hərbçilərinin müxtəlif yaşayış məntəqələrində müdafiə mövqeləri, səngərlər və digər istehkamlar qurduğu ərazilər əks olunub.
İddia edilir ki, bu obyektlərin bir qismi təhsil müəssisələrinin yaxınlığında yerləşir.
Araşdırma müəlliflərinin fikrincə, Rusiya qüvvələri uzun müddətdir mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə edir və bununla da həmin əraziləri mümkün hücumlar zamanı əlavə risk altına qoyur.
//Samir Qurbanov, Editor.az

