Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq protokolu təsdiq edildibackend

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq protokolu təsdiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Komitə onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.