Çimərlikdə QALMAQAL – Geyiminə görə qadına irad tutan kişinin öz görüntüsü GÜNDƏM OLDU – VİDEObackend

Çimərlikdə QALMAQAL – Geyiminə görə qadına irad tutan kişinin öz görüntüsü GÜNDƏM OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda çimərlikdə qadının geyiminə müdaxilə edildiyini əks etdirən görüntülər sosial mediada geniş müzakirələrə və etiraza səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Yayılan videoda bir kişinin gənc qadına yaxınlaşaraq onun geyiminə irad bildirdiyi və nə üçün qadınlar üçün ayrılmış xüsusi çimərlik sahəsində olmadığını tələbkar şəkildə soruşduğu görünür.

Qadın isə özünü müdafiə edərək tək olduğunu və geyimində hər hansı norma pozuntusu olmadığını göstərmək üçün kameranı özünə tərəf çevirib. Kadrlarda diqqət çəkən və istifadəçilərin narazılığına səbəb olan əsas məqam isə qadının geyiminə sərt şəkildə müdaxilə edən şəxsin özünün çimərlikdə tam sərbəst (şortikdə) geyimdə olmasıdır.

Sözügedən görüntülər İranda qadınların geyiminə və ictimai məkanlarda davranışlarına tətbiq edilən məcburi hicab qaydaları, eləcə də cəmiyyətdəki ikili standartlarla bağlı müzakirələri yenidən kəskinləşdirib.