Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı bəyanatları və Moskvaya ünvanlanan digər kəskin bəyanatlar Afrika ilə bağlı “küskünlük”lə əlaqələndirilə bilər.
Editor.az bildirir ki, Putin bu barədə teleaparıcı Dmitri Kiselevlə müsahibəsində danışıb. “Bəli, məncə, bir növ narazılıq var. Lakin o (Emmanuel Makron) və mən birbaşa əlaqə saxlayanda, biz bu mövzuda kifayət qədər açıq danışdıq” deyən Vladimir Putin müsahibin Parisin kəskin bəyanatlarının Rusiyanın Afrika qitəsində Fransanın “quyruğunu basmasına” görə qisas ola bilərmi” sualını cavablandırarkən deyib».
Dövlət başçısı vurğulayıb ki, Rusiya heç vaxt Afrikaya “soxulmayıb” və Fransanı oradan “sıxışdırıb çıxarmaq” niyyətində olmayıb. Afrika ölkələri özləri Rusiya ilə əməkdaşlıq etmək arzusunu bildiriblər. Vladimir Putin “Vaqner” PMC-ni xatırladıb.
“O, əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirdi, sonra digər Afrika ölkələrinə köçdü. Müdafiə Nazirliyi onlara dəstək verdi, yalnız onun Rusiya qrupu olmasına görə, başqa bir şeyə görə deyil”, – Putin vurğulayıb.
//Samir Qurbanov, Editor.az

