Yaponiyanın deputatı Sigequmi Macuzava Müdafiə Nazirliyi və hakim koalisiyaya Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan ələkeçirici raketlərin ixracına icazə verilməsi çağırışı edib.
O, sosial şəbəkə platforması X-də paylaşdığı açıqlamada Ukraynanın Rusiya tərəfindən həyata keçirilən genişmiqyaslı raket hücumları qarşısında ciddi müdafiə ehtiyacı ilə üzləşdiyini bildirib.
Macuzava qeyd edib ki, ölkənin hava hücumundan müdafiə imkanlarında raket çatışmazlığı mövcuddur və bu səbəbdən mülki əhali arasında itkilər artır. Deputat həmçinin ixracla bağlı mövcud bürokratik məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az


