Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb.
Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış səhər saatlarında DMZ-nin qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyatı zamanı baş verib.
Hadisə nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb.

