Bilgəhdə batanlar tələbə imiş – VİDEObackend

Bilgəhdə batanlar tələbə imiş – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadağan olunmuş ərazi, küləyin yaratdığı güclü dalğalar arasında dənizə zillənmiş gözlər… Dənizdə batan iki gənc…

Editor.az Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi ərazisində baş verib.

Onlardan birinin Bərdədən olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, onlar 1 həftə olar ki, yataqxanda bir yerdə qalırlarmış.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar əraziyə kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dalğıc axtarış qrupu cəlb olunub. Hazırda Bakı və Abşeron yarımadasında küləkli və dalğalı hava şəraiti müşahidə olunur. Məhz bu əlverişsiz hava şəraiti axtarışlara müəyyən dərəcədə çətinlik yaratmasına baxmayaraq, müvafiq təhülkəsizlik qaydaları qorunmaqla axtarış tədbirləri davam etdirilir.