Azərbaycanda idman ictimaiyyətini kədərləndirən hadisə baş verib. Yeniyetmələr arasında ölkə çempionu titulunu qazanan gənc atlet Həvva Yambulatova 17 yaşında dünyasını dəyişib.
Editor.az-ın məlumatına görə, bu barədə idmançının üzvü olduğu “Shusha Climbers” klubu məlumat yayıb.
Klubun bildirdiyinə görə, gənc idmançının vəfatı hər kəsi sarsıdıb. Onun meyiti yaşadığı evdə aşkarlanıb.
Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiyi hələlik açıqlanmayıb. Hadisənin təfərrüatları barədə də əlavə məlumat verilməyib.
Qeyd edək ki, Həvva Yambulatova 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə keçirilən ölkə birinciliyində uğur qazanaraq qızıl medal əldə edib və Azərbaycan çempionu olub.
Cəmi 17 yaşında ölkə çempionu adını qazanan idmançının vaxtsız vəfatı idman ictimaiyyətində kədər doğurub.

