Nazirə yeni müşavir təyin edildi – FOTObackend

Nazirə yeni müşavir təyin edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Əmək və əhalinin sosial müdafiəsi naziri yeni müşavir təyin edib. Nazirliyin müvafiq əmrinə əsasən, Rəşid Şamil oğlu Vəzirov bu vəzifəyə gətirilib.

Bu barədə Editor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

1979-cu ildə anadan olan Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur. O, tibb üzrə fəlsəfə doktorudur. Vəzirov, həmçinin ADA Universitetində və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi istiqamətində təhsil alıb, müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Onun səhiyyə sahəsində kifayət qədər geniş idarəçilik təcrübəsi var. Belə ki, Rəşid Vəzirov Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2018-ci ilin noyabrından isə Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru olub.

Yeni müşavir uzun illər səhiyyə sisteminin idarə olunması, beynəlxalq layihələrin həyata keçirilməsi və böyükmiqyaslı tədbirlərin tibbi təminatının təşkili ilə məşğul olub.

Rəşid Vəzirovun fəaliyyətində beynəlxalq idman yarışları və mötəbər tədbirlər də xüsusi yer tutur. O, “Formula 1” yarışlarının tibbi təminatı üzrə baş həkim vəzifəsini icra edib. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub.

Bundan başqa, 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları zamanı tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.

Onun beynəlxalq təcrübəsi bununla da məhdudlaşmır. Rəşid Vəzirov əmək fəaliyyətinin müxtəlif mərhələlərində Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondla əməkdaşlıq edib.