Əsgərliyə getdi, cinayətinin üstü açıldı: 15 yaşlı qız hamilə qalıbbackend

Əsgərliyə getdi, cinayətinin üstü açıldı: 15 yaşlı qız hamilə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xidmət müddəti başa çatmadan həbs olunub. Onun barəsində azyaşlı qıza qarşı törədilmiş cinsi xarakterli cinayətlə bağlı hökm çıxarılıb.

Editor.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 18 yaşlı Ə.X. hərbi xidmətə başlamazdan əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər törətməkdə təqsirli bilinib.

Hadisə Azərbaycanın rayonlarından birində baş verib. Məlumata əsasən, Ə.X. və A.A. hələ məktəb illərində tanış olublar. Tanış olduqları vaxt oğlan 9-cu, qız isə 6-cı sinifdə təhsil alıb.

İstintaq zamanı müəyyən edilib ki, gənc oğlan qızın 14 yaşından 16 yaşınadək onunla münasibətdə olub. Bu münasibət nəticəsində yeniyetmə 15 yaşında hamilə qalıb. Lakin hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat oğlan hərbi xidmətə yollandıqdan sonra daxil olub. Nəticədə o, hərbi xidmətdə olduğu müddətdə saxlanılıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittihamın bir hissəsini qəbul edib. O, qızın 14 yaşı tamam olmamış onunla cinsi münasibətdə olmadığını iddia edib. Ə.X. həmçinin A.A. ilə sevgili olduqlarını və gələcəkdə ailə qurmaq niyyətində olduqlarını söyləyib.

Məhkəmədə zərərçəkmiş qız oğlandan şikayətinin və hər hansı tələbinin olmadığını bildirib. O, məsələnin atası tərəfindən şikayətə çevrildiyini qeyd edib. Qızın qanuni nümayəndəsi olan anası da təqsirləndirilən şəxsin həbs edilməsinə ehtiyac olmadığını düşündüyünü ifadə edib.

Bununla belə, məhkəmə işin hallarını və toplanmış sübutları qiymətləndirərək Ə.X.-i 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib.

Hökmə əsasən, 18 yaşlı keçmiş hərbi qulluqçu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.