31 türkiyəli Azərbaycanda arzuolunmaz şəxs elan edildi – Adlarbackend

31 türkiyəli Azərbaycanda arzuolunmaz şəxs elan edildi – Adlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Respublikasının 31 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Siyahıda jurnalistlər, bloqerlər, siyasətçilər, idman şərhçiləri və dini yazarlar da var.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, qərar həmin şəxslərin sosial şəbəkələrdə və müxtəlif internet platformalarında yaydıqları bəyanat və açıqlamalarla əlaqədar qəbul edilib.

XİN bildirib ki, sözügedən çıxışlarda Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və ölkə rəhbərliyinə qarşı yönələn fikirlər, hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar, eləcə də dini radikalizm, nifrət və düşmənçiliyin təşviqi halları nəzərə alınıb.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, adları açıqlanan Türkiyə vətəndaşları arzuolunmaz şəxslər elan edilib və onların ölkə ərazisinə daxil olması qadağan olunub.

Siyahıda kimlər var?

– Arzuolunmaz şəxslər siyahısına daxil edilənlər arasında aşağıdakı şəxslər yer alır:

– Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri

– Cem Özyurt – bloqer

– Akın Duru – TV8 və “Acunmedya” əməkdaşı

– Dursun Eker – jurnalist

– Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı

– Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının İstanbul təmsilçisi

– Cüneyt Sezer – bloqer, sosioloq və siyasi analitik

– Serhat Koyuncu – ictimai xadim

– Mikail Ayyıldız – dini yazar və araşdırmaçı

– Ahi Aratoğlu – yazar, şair və sosioloq

– Muharrem Çavuş – “AK Parti Boğaziçi Gençlik Kolları”nın 2020–2025-ci illərdə rəhbəri

– Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri

– Yahya Uğraş – HÜDA PAR sədrinin müavini

– Aydın Binboğa – iqtisadçı və siyasətçi

– Hakkı Eren – “Köklü Değişim” jurnalının əməkdaşı

– Sait Seyitoğlu – HÜDA PAR-ın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri

– Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin imam-xətibi

– Okan Aytaş – jurnalist, “Finansopia Medya”nın sahibi

– Mert Armağan – jurnalist

– Yaşar Yavuz – jurnalist

– Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı

– Yusuf Kaplan – yazıçı və jurnalist

– Erdinc Teğmen – “Erte Medya”nın sahibi

– Ahmet Çakar – idman şərhçisi və keçmiş futbol hakimi

– Halil Atakan Ay – ilahiyyatçı

– İsmail Kılıçarslan – TV NET və “Yeni Şafak”ın əməkdaşı

– Murat Şahin – “Akıt” TV-nin proqram aparıcısı

– İrfan Kaya Ülger – “Akıt” TV-nin proqram aparıcısı

– Fatin Dağistanlı – “Akıt” TV-nin proqram aparıcısı

– Ömer Ulutaş – Toprak Partiyasının sədri

– Ömer Faruk Gergerlioğlu – millət vəkili

Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın suverenliyinə qarşı yönələn çağırışların və düşmənçiliyi təşviq edən fəaliyyətlərin qarşısının alınması məqsədilə bundan sonra da müvafiq tədbirlər görüləcək.