Məktəblilərə şad xəbər: Payız tətili 7 gün davam edəcəkbackend

Məktəblilərə şad xəbər: Payız tətili 7 gün davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlər noyabr ayında payız tətilinə çıxacaqlar. Tətil həftəsonu günləri ilə üst-üstə düşdüyündən məktəblilər bir neçə gün dərsə getməyəcəklər.

Editor.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq və ayın 20-dək davam edəcək.

Noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyindən şagirdlər həftəsonundan da istirahət edə biləcəklər.

Beləliklə, məktəblilər üçün dərslər noyabrın 23-də, bazar ertəsi yenidən başlayacaq.

Şagirdlər tətil və həftəsonu günləri də daxil olmaqla noyabrın 16-dan 22-dək dərsə getməyəcəklər.