Qaxda 8-ci sinif şagirdi olan qıza təcavüz edilibbackend

Qaxda 8-ci sinif şagirdi olan qıza təcavüz edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayonunda 2012-ci il təvəllüdlü məktəbli qızla bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb. İş üzrə təqsirləndirilən iki nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib.

Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisələr rayon ərazisində baş verib. Məlumata əsasən, məktəbli qız əvvəlcə Fərman adlı gənclə tanış olub. Təxminən 10 gün sonra onların münasibəti sona çatıb və qız Fərmanın 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla münasibət qurub.

İstintaq materiallarına görə, Rəhman bir müddət qızla görüşdükdən sonra onu rayon ərazisindəki mənzillərdən birinə aparıb və onunla cinsi əlaqədə olub. O, məktəbli qıza evlənəcəyini vəd edib.

Daha sonra Rəhman qızla münasibətini bitirib və onun telefon nömrəsini tanışı, 2003-cü il təvəllüdlü Tamerlana verib. Tamerlan da qızla münasibət qurub. Məlumata görə, o, məktəbli qızı avtomobilinə mindirərək Qax–Sarıbaş yoluna aparıb və orada onunla cinsi əlaqədə olub.

Hadisədən xəbər tutan qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Rəhman və Tamerlan saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.