Gündüz İsmayılov: “Dini dəyərləri elə təbliğ etməliyik ki, ailə institutuna zərər vurmasın”backend

Gündüz İsmayılov: “Dini dəyərləri elə təbliğ etməliyik ki, ailə institutuna zərər vurmasın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailə institutuna təhdidlərdən biri də din adı altında olan təhdidlərdir”.

Editor.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda qeyd edib:

“Bu gün din xadimlərinin, dinşünasların üzərinə böyük məsuliyyət düşür. Dini-milli mənəvi dəyərlərimizi elə təbliğ etməliyik ki, bu təbliğat nəticəsində ailə institutu din pərdəsi altında başqa xalqlara, açıq desək, ərəb, iranlı ailəsinə bənzəməsin. Biz dini nöqteyi-nəzərdən ailə dəyərlərini, İslamı düzgün şəkildə tətbiq etməliyik. Din xadimləri İslamın şərtlərindən danışırlarsa, onun məqsədlərindən də danışmalıdırlar”.