Azərbaycanlı çoban Ermənistan ərazisinə keçdibackend

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan vətəndaşının dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu barədə məlumat yayılıb.

Editor.az xəbər verir ki, Ermənistan mətbuatı Berd rayonundakı mənbələrə istinadən hadisənin Tavuş vilayətinin Çinari kəndi yaxınlığında baş verdiyini yazıb.

Yerli sakinlərin bildirdiyinə görə, Azərbaycanlı çoban sərhəd xəttini keçərək Ermənistan ərazisinə daxil olub.

İlkin məlumatlarda onun Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı qeyd edilir.

Hadisə ilə bağlı Azərbaycan və Ermənistanın rəsmi qurumlarından hələlik açıqlama verilməyib. Çobanın sərhədi hansı şəraitdə keçdiyi və hazırkı vəziyyəti barədə də əlavə məlumat yoxdur.