Qızıl və gümüş ucuzlaşdı: Dünya bazarında son vəziyyətbackend

Qızıl və gümüş ucuzlaşdı: Dünya bazarında son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında qiymətli metalların qiymətində azalma qeydə alınıb. Nyu-York birjasında qızıl və gümüşün fyuçersləri ucuzlaşaraq investorların diqqətini cəlb edib.

Editor.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 0,15 faiz geriləyərək bir unsiya üçün 4 136 ABŞ dollarına düşüb.

Gümüş bazarında da ucuzlaşma müşahidə olunub. Belə ki, gümüşün bir unsiya üzrə fyuçerslərinin qiyməti 0,83 faiz azalaraq 57,52 dollara enib.

Beləliklə, son ticarət göstəricilərinə əsasən, hər iki qiymətli metal üzrə qiymətlər aşağı düşüb. Qızıl və gümüşün dünya bazarındakı dəyişməsi investorlarla yanaşı, qiymətli metallara yatırım edən şəxslərin də maraq dairəsindədir.