Azərbaycan nefti 120 dollara yaxınlaşdı – qiymət yenidən artdıbackend

Azərbaycan nefti 120 dollara yaxınlaşdı – qiymət yenidən artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb. Neftimizin bir bareli əvvəlki qiymətlə müqayisədə 1 dollardan çox bahalaşıb.

Editor.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,15 ABŞ dolları və ya 0,97 faiz artaraq 119,68 dollara yüksəlib.

Qeyd edək ki, əvvəlki ticarət göstəricisində “Azeri Light” markalı neftin bir bareli 118,53 dollar təşkil edib.

Beləliklə, Azərbaycan neftinin qiyməti 120 dollar həddinə yaxınlaşıb. Bu artım dünya bazarında neftin qiymətindəki dəyişiklikləri izləyənlər üçün diqqətçəkən göstəricidir.