Tramp, Putin və Si Cinpin gələn ay üçtərəfli görüş keçirə bilərlərbackend

Tramp, Putin və Si Cinpin gələn ay üçtərəfli görüş keçirə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə gələn ay üçtərəfli görüş keçirmək ideyasına müsbət yanaşdığını bildirib.

Mümkün görüşün əsas mövzularının nüvə silahlarına nəzarət, nüvəsizləşdirmə və ticarət məsələləri olacağı gözlənilir.
Reuters-in məlumatına görə, liderlərin noyabrın 18–19-da Çində keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi ehtimalı müzakirə olunur. Bununla belə, üç liderin bir masa arxasında rəsmi danışıqlar aparacağı hələ təsdiqlənməyib.

Mümkün sammit beynəlxalq siyasi dairələrdə narahatlıq doğurur. Avropa və Asiyadakı bəzi tərəfdaşlar ABŞ, Rusiya və Çin arasında əldə edilə biləcək razılaşmaların digər müttəfiqlərin maraqlarına təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Digər tərəfdən, nüvə silahlarına nəzarət üzrə razılaşma qlobal təhlükəsizliyin gücləndirilməsi üçün mühüm addım ola bilər. Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması məsələsinin də müzakirəyə çıxarılması ehtimalı var. Lakin tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır və görüşün nəticələri barədə indidən qəti fikir söyləmək mümkün deyil.

//Samir Qurbanov, Editor.az