ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və ÇXR Sədri Si Cinpinlə dünya nüfuz dairələrinin yeni bölgüsünə gətirib çıxara biləcək üçtərəfli sammitin keçirilməsinə can atır.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti redaksiya məqaləsində yazaraq, ehtimal olunan görüşü 1945-ci il Yalta konfransı ilə müqayisə edib.
Redaksiyanın qənaətinə görə, Tramp uzun müddətdir Rusiya və Çinlə iri miqyaslı sazişlər bağlamaqda maraqlıdır, onun Ukrayna və Avropa ilə bağlı hazırkı siyasəti isə daha böyük strategiyanın tərkib hissəsi ola bilər.
WSJ hesab edir ki, ABŞ-nin Rusiya nefti və dizel yanacağına tətbiq etdiyi sanksiya məhdudiyyətlərini bu yaxınlarda yumşaltması Vaşinqtonun Moskva ilə daha böyük razılaşmalara nail olmaq istəyindən xəbər verir.
Qəzetin ehtimallarına görə, bu cür razılaşmalar “NATO-nun parçalanmasına, Sakit okean regionunda ABŞ mövqelərinin zəifləməsinə və Çinin Tayvana təzyiqinin artmasına gətirib çıxara bilər”.
Musavat.com

