7 gündür axtarılırdı – Dənizdən ölü tapıldıbackend

7 gündür axtarılırdı – Dənizdən ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda itkin düşən gəncin meyiti tapılıb.

Musavat.com xəbər verir ki, 7 gündür axtarılan Adil Kərimovun meyiti bu gün Sumqayıt bulvarı ərazisində dənizdən aşkarlanıb.

Onun hansı şəraitdə və hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.

Xatırladaq ki, Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı ünvandan çıxaraq Sumqayıt bulvarı istiqamətində yollanmışdı. Həmin vaxtdan sonra o, evə qayıtmamış, yaxınları isə onunla əlaqə saxlaya bilməmişdi.

Faktla bağlı araşdırma aparılır.