“Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.
O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edir.
“Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar”, – deyə Kansler vurğulayıb.

